Mahmudovun komandası yenə uduzdu

Gənclər arasında təşkil olunan Almaniya Bundesliqasının cənub zonasında 23-cü turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının üzvü Murad Mahmudovun formasını geyindiyi “Frankfurt” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Ştutqart Kikkers”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

Murad da bu görüşün iştirakçısı olub. O, 84-cü dəqiqədə meydana buraxılıb.

Frankfurt təmsilçisi 23 turdan sonra 9 xalla 14 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.