Mahmudov 83 dəqiqə oynadı, “Frankfurt”…

Gənclər arasında təşkil olunan Almaniya Bundesliqasının cənub zonasında 25-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının üzvü Murad Mahmudovun formasını geyindiyi “Frankfurt” da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Haydenhaym”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:3.

Murad da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 83-cü dəqiqədə əvəzlənib.

Frankfurt təmsilçisi 25 turdan sonra 9 xalla 14 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button