Mahirli “Legiya” ÇL-in 3-cü mərhələsində!

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Polşanın “Legiya” klubunda növbəti matçına çıxıb.

Komanda.az xəbər verir ki, onun komandası UEFA Çempionlar Liqasının 2-ci mərhələsi çərçivəsində Estoniya “Flora”asının qonağı olub.

Futbolçumuzun komandası bu oyundan 1:0 hesablı qələbə ilə ayrılıb. İlk oyunda da 2:1 üstün olan Polşa çempionu ÇL-də 3-cü təsnifat mərhələsinə vəsiqə qazanıb.

Mahir bu qarşılaşmaya start heyətdə başlayıb. O, 71-ci dəqiqədə əvəzlənib.