Mahir Emreliden keçmiş baş məşqçisinə vida mesajı FOTO

Azərbaycanlı futbolçu Mahir Emrelinin formasını geyindiyi “Legiya”nın (Polşa) baş məşqçisi Çeslav Mixneviçlə yollarını ayırdığını xəbər vermişdik.

Komanda.az xəbər verir ki, Mahir keçmiş baş məşqçisiylə bağlı “instaqram” hesabında paylaşım edib. Emreli Mixneviç barədə bunları yazıb:

“Was a pleasure to work with u coach!”(Sizinlə işləmək xoş idi)

Mahir Mixneviçin vaxtında “Legiya”ya transfer edilib.

Mixneviçi baş məşqçi postunda Marek Qolebievski əvəz edib.