“Uğursuzluq olsa…” – Macarıstan millisinin baş məşqçisi

Macarıstan millisinin baş məşqçisi Marko Rossi AÇ-2020-nin seçmə mərhələsində Azərbaycanla qarşılaşacaqları oyundan əvvəl müsahibə verib.

Komanda.az xəbər verir ki, “Nemzetisport” nəşrinə müsahibə verən Rossi, Azərbaycan millisiylə oyunda 3 xal qazanmalı olduqlarını deyib:

“Bizim hələ də final mərhələsi üçün ümidlərimiz qalıb. Azərbaycana qarşı matçda üç xal qazanmalıyıq. Həmin görüşdə uğursuzluq olsa, xəyal qurmaq lazımsızdır. Onları məğlub etmək isə tamamilə fərqli bir münasibət tələb edir.

Kritik vəziyyətlərdə beyindəki demək olar ki, hər şeyə qərar verilir. Ümid edirəm ki, bazar günü fərqli bir Macarıstan komandası meydana girəcək”.

Oktyabrın 13-də olacaq Macarıstan – Azərbaycan matçı saat 20:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button