Maaşını ala bilmədiyi üçün “San Paulo”dan ayrıldı – Dani Alveş

Futbol üzrə Braziliya millisinin müdafiəçisi Dani Alveş “San Paulo”dan ayrılıb.

Komanda.az xəbər verir ki, bu barədə yerli mətbuata sözügedən klubun idman direktoru Karlos Belmonte məlumat verib.

O, futbolçunun maaşının gecikməsi səbəbindən belə qərar qəbul etdiyini bildirib. Söhbət 2 milyon avroluq borcdan gedir. Alveş artıq klubla bütün danışıqları dayandırıb və özünə yeni komanda axtarmağa başlayıb.

38 yaşlı müdafiəçi təxminən iki həftə idi Braziliya millisinin düşərgəsində idi. O, yığmanın toplanışından sonra “San Paulo”nun düşərgəsinə qayıtmaqdan və məşqlərə qatılmaqdan imtina edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button