Mətbuat konfransı və açıq məşqlərin vaxtı bilindi

AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində iyunun 11-də, saat 20:00-da, 8-ci km stadionunda keçiriləcək Azərbaycan – Slovakiya oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı müəyyənləşib.

Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, oyundan bir gün öncə baş tutacaq hər iki mətbuat konfransı və məşq oyunun keçiriləcəyi arenada təşkil olunacaq.

10 iyun

Azərbaycan milli komandası
Saat 18:00. Mətbuat konfransı
Saat 18:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Slovakiya milli komandası
Saat 19:30. Mətbuat konfransı
Saat 20:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button