Məşhur idmançının qardaşı dəm qazından boğularaq öldü – Azərbaycanda

MMA idmançısı Arzuman Abbasov dəm qazından vəfat edib.

Komanda.az xəbər verir ki, Arzuman tanınmış MMA döyüşçüsü, “Fight Nights Global”ın yüngül çəkidə çempionu Nəriman Abbasovun kiçik qardaşıdır.

Tailandın Puket şəhərində kəmərini qorumaq üçün təlim-məşq toplanışında olan və iki gün əvvəl təntənəli şəkildə 26 yaşını qeyd etmiş Nəriman hazırda məşqlərini yarımçıq saxlayaraq Azərbaycana qayıdır.

Həvəskar MMA yarışlarında Azərbaycan çempionu olmuş Arzuman Abbasovun meyiti müayinə olunması üçün məhkəmə-tibb ekspertizasına təhvil verilib. (oxu.az)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button