Mərhələni keçsək… – Buffon

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində “Mançester Yunayted”ə 2:0 hesabı ilə qalib gələn PSJ-nin futbolçusu Canluici Buffon açıqlama verib.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, 41 yaşlı qolkiper, bu mövsüm Çempionlar Liqasında uğurlu ola biləcəklərini deyib:

“Komanda yoldaşlarıma minnətdaram, onlar inanılmaz oyun keçirdilər. Bu duyğuları yaşamaqdan və azarkeşlərlə paylaşmaqdan daha gözəl bir şey yoxdur.

Bu turnirdə irəliləmək imkanımız var. Mərhələni keçsək, cari mövsümdə Çempionlar Liqasında uğur əldə edə bilərik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button