“Mən ancaq cibimdəki pulun nə qədər olduğunu deyə bilərəm”

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 1-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, doğma meydanda 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra bunları söyləyib:

“Hər zaman ilk tur həyəcanlı olur. Bu dəfə də hər iki komandada həyəcan hiss olunurdu. Hər iki komanda layiqli futbol nümayiş etdirdi. Meydanda gözlədiyimizdən də güclü “Zirə” gördük. Futbolçularımıza əzmkarlığa görə təşəkkür edirəm. Problemlərimiz haqda çox danışmayacağam, hər kəsə məlumdu. Matça yaxşı başlasaq da, sonradan nəzarəti rəqibə verdik. İkinci hissədə vəziyyəti dəyişdik. Bizim oxşar cəhətimiz odu ki, hər iki komanda yenilənib. Bunun nə dərəcədə faydalı olub-olmayacağını görəcəyik. İki legionerimizin getməsi gözlənilməz oldu. Ancaq buna görə məyus deyilik. Yerli gənclərimiz də var. Bu gün Turan Manafov oynadı, yaxşı təsir bağışladı”.

Hacıyev “Səbail”in maliyyə problemi ilə üzləşməsi yönündə çıxan xəbərlər nə dərəcədə doğrudur” sualına belə cavab verib: “Mən ancaq cibimdəki pulun nə qədər olduğunu dəqiq deyə bilərəm. Bu suala rəhbərlik cavab verə bilər”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button