“Mənə görə, o, dünyanın ən yaxşı məşqçisidir” – Klopp

İngiltərənin “Liverpul” klubunun baş məşqçisi Yurgen Klopp “Mançester Siti”ni çalışdıran Pep Qvardiola ilə bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, alman mütəxəssis, Qvardiolanı dünyanın ən yaxşı məşqçisi adlandırıb:

“Hər zaman deyirəm, onun komandalarını izləmək çox zövqlüdür. Pepin komandası ilə birlikdə gördüyü işlər inanılmazdır. Mənə görə, o, dünyanın ən yaxşı məşqçisidir. O, oyunu çox yaxşı formalaşdırır və Almaniyada da, İspaniyada da, İngiltərədə də çempion olmağı bacarıb.

Biz onunla fərqliyik və xarakterlərimiz çalışdırdığımız komandalara yansıyır. O, məndən daha centlmendir. Bir-birimizə hörmət edirik, amma meydanda hər ikimiz rəqibi məğlub etmək istəyirik, bu, normaldır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button