“Mənə edilən təzyiqlərə dözümlüyəm” – Lempard

İngiltərə Premyer Liqasının 17-ci turu çərçivəsində “Mançester Siti”yə 1:3 hesabı ilə məğlub olan “Çelsi”nin baş məşqçisi Frenk Lempard açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Lempard, “zadəganlar”ın uğursuz çıxışı barədə danışıb:

“İkinci hissədə daha yaxşı oynadıq, amma artıq hesab baxımından çox çətin idi. Komandada çox sayda gənc və yeni futbolçular var. Mən mükəmməli arzulayan biriyəm, komandam üçün ən yaxşısını istəyirəm. İndi çətin dövrdəyik. Bizdən gözləntilər də yüksəkdir, çünki çox pul xərcləmişik. Mənə edilən təzyiqlərə dözümlüyəm. İşimi görməyə davam edirəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button