Özil “Arsenal”dan ayrılır? – Açıqlama

“Arsenal”dan ayrılacağı iddia edilən Məsut Özil gələcəyiylə bağlı qərarını verib.

Komanda.az xəbər verir ki, İngiltərə mətbuatına danışan türk əsilli almaniyalı futbolçu, London təmsilçisində qalmaq istədiyini deyib:

“Hələ 30 yaşındayam və qarşıda uzun illər var. Burda, “Arsenal”da qalmaq istəyirəm. Klubumla iki illik müqaviləm var. Ancaq sonrasında nə olacaq, bilmirəm. Hazırda Londonda xoşbəxtəm və burda qalmaq istəyirəm”.

2013-cü ildə “Real”dan “Arsenal”a keçən Məsut, bu mövsüm 31 oyunda iştirak edib.