Məşhur nəşr Messini inqilabçı ilə müqayisə etdi FOTO

Fransanın məşhur nəşri “Barselona”nın hücumçusu Lionel Messini latın amerikalı inqilabçı Ce Gevara ilə müqayisə edib.

Komanda.az xəbər verir ki, “Lequipe” nəşri, növbəti sayının üz qabığında futbolçu ilə inqilabçını müqayisə etdiyi şəkli yerləşdirib. Bununla da, nəşr Messinin “Barselona” daxilində qərarların qəbul olunmasındakı rolunu və nüfuzunu göstərib.

Daha əvvəl Messi Kataloniya klubunun futbolçularının məvaciblərinin 70 faizindən imtina edəcəyini açıqlamışdı.