“…bu, bizim üçün üstünlükdür” – Nazarov

Almaniyanın “Erzgebirge” klubunda forma geyinən Azərbaycan millisinin üzvü Dmitri Nazarov 2-ci Bundesliqanın 4-cü turunda “Ştutqart”la qarşılaşacaqları oyunla bağlı fikirlərini bildirib.

Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Nazarov, “Ştutqartla” ev oyununda qələbə qazanmaq istədiklərini deyib:

“Öz meydanımızda oynayacağıq və bu, bizim üçün üstünlükdür. “Ştutqart” burda 11 nəfərə yox, 15 min aueliyə qarşı mübarizə aparmalı olacaq. Məqsədimiz meydanı qalib tərk etməkdir”.

“Erzgebirge” – “Ştutqart” matçı bu gün, saat 20:30-da start götürəcək.