“Yuventus”a transferim Kloppu narahat edirdi” – Əmrə Can

“Yuventus”un yarımmüdafiəçisi Əmrə Can keçmiş komandası “Liverpul”la bağlı açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı futbolçu, “qoca sinyora”da keçirdiyi məşqlərin daha çətin olduğunu deyib:

“Liverpul”da oynayarkən, məşqlərin ağırlığından şikayətlənirdik, amma “Yuventus”da bu, daha çətindir. Burda daha çox qaçmalı, güc məşqi etməliyik. Bunlar əvvəllər mənim üçün sınaq idi, indi isə artıq buna öyrəşmişəm.

Mənim “Yuventus”a transferim Yurgen Kloppu narahat edirdi. O, mənim “Liverpul”da qalmağımın tərəfdarı idi, amma qərarımı vermişdim. O da qərarımın ona və ya “Liverpul”a qarşı olmadığını başa düşdü. Hələ də Kloppla əlaqə saxlayıram”.

Almaniya millisinin üzvü 2014-2018-ci illərdə Mersisayd təmsilçisinin şərəfini qoruyub.