Mourinyo: “PSJ-də işləməyim mümkünsüzdür, çünki…”

“Mançester Yunayted”dən ayrıldıqdan sonra adı bir çox klubla yanaşı çəkilən Joze Mourinyo növbəti mövsümdən PSJ-ni çalışdıracağı ilə bağlı yayılan iddialara cavab verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis, Paris təmsilçisini çalışdırmağının mümkünsüz olduğunu deyib:

“Mənim PSJ-də işləməyim mümkünsüzdür, çünki baş məşqçisi olan bir klubu çalışdıra bilməzsiz.

PSJ çox vacib ulduz futbolçuları olan, amma hələ Avropada kubok qazana bilməmiş bir klubdur. Bu, çox vacib bir məsələdir. Bu məsələ baş məşqçilər üçün də eyni dərəcədə əhəmiyyətlidir. Yüksək səviyyədə ola bilərsiz, amma karyeranızın sonunda hələ də Avropada kubok qazanmamısızsa, bu, çox vacib boşluq olar”.

Fransa Liqa 1-də növbəti dəfə çempion olan PSJ, Çempionlar Liqasının 1/8 final mərhələsində “Mançester Yunayted”ə məğlub olaraq, mübarizəni dayandırmışdı.