“Məni bura gətirdiyi və “Liverpul” əfsanəsi olmaq fürsəti verdiyi üçün ona minnətdar olacam”

Bir neçə gün əvvəl İngiltərə Premyer Liqasında çempionluğunu rəsmiləşdirən “Liverpul”un qapıçısı Alisson Bekker açıqlama verib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı qolkiper, çempionluq təəssüratları və baş məşqçisi Yurgen Klopp barədə danışıb:

“Bu klub üçün xüsusi şeylər etdik, amma paltardəyişmə otağında hər kəsin daha artığını bacarmaq istədiyini görə bilərsiz. Bizim arzumuz bu klub üçün daha çox uğur qazanmaq, şəxsi nailiyyətlər əldə etməkdir. Əlimizdən gələnin ən yaxşısını edərək, ən yaxşı komanda olmaq istəyirik. Çempion olmaq hər zaman gözəldir, amma Premyer Liqa tarixində ilk dəfə çempion olmaq daha böyük məna ifadə edir. Adımızı klub tarixinə yazdırdığımıza inanıram. “Liverpul” son günümə qədər həyatımın bir parçası olacaq.

Bu uğuru “Enfild Roud”da azarkeşlərlə qeyd etməyi çox istəyərdik, ümid edirəm bunu edə biləcəyimiz gün gələcək.

Kloppa hər zaman təşəkkür edəcəm. Məni bura gətirdiyi və “Liverpul” əfsanəsi olmaq fürsəti verdiyi üçün ona minnətdar olacam”.