“Mən də “Real”ın azarkeşlərindən biriyəm” – Modriç

“Real”ın yarımmüdafiəçisi Luka Modriç madridlilərin ona münasibətindən danışıb.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, o, “Real”ı evi adlandırıb:

“Bilirəm ki, “Real” azarkeşləri, madridlilər məni sevirlər, buna görə onlara minnətdaram. Hər matçda bu sevginin əvəzini çıxmaq üçün hər şey etməyə çalışıram. Mənim üçün “Real” özümü xoşbəxt hiss etdiyim evdir. Çox xoşbəxtəm. Mən də “Real”ın azarkeşlərindən biriyəm. Bu, ömürlükdür”.  

Xorvatiyalı futbolçu 2012-ci ildən “Real”da çıxış edir. Onun Madrid klubu ilə hazırkı müqaviləsi 30 iyun 2022-ci ilə qədərdir.