“Mən Van Dayk deyiləm, amma…” – Fabinyo

“Liverpul”un yarımmüdafiəçisi Fabinyo komanda yoldaşı Vircil van Daykın zədələnməsi ilə bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Van Daykın yoxluğunda onun mövqeyində oynayacaq Fabinyo, bu rola hazır olduğunu bildirib:

“Baş məşqçi mənə hazır olmağımı, komandanı təşkilatlandırmağa kömək etməyimi dedi. Van Daykın uzun müddətlik sıradan çıxmasınıı eşidəndə şok oldum. O, dünyanın ən yaxşısıdır. Ancaq ən vacibi, meydanda, paltardəyişmə otağında liderdir. O, komandada əhval-ruhiyyənin yaxşı olmasını təmin edir, yaxşı atmosfer yaradır, biz bundan məhrum olacağıq. İndi mən onun etdiklərini yerinə yetirməliyəm. Komandanı təşkil etməyə, lider olmağa çalışmalıyam. Müdafiənin mərkəzində hazır olmalıyam. Mən Van Dayk deyiləm, amma bu vəzifədə əlimdən gələni edəcəm”.