“…mən onun işini bir azarkeş kimi izləyəcəm” – Mbappe

Fransa Liqa 1-in son turunda “Monako”nu 3:1 hesabı ilə məğlub edərək, çempion olan PSJ-nin futbolçusu Kilian Mbappe açıqlama verib.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, Paris təmsilçisinin hər üç qolunun müəllifi olan fransalı futbolçu, “Real”a transfer olunacağı ilə bağlı yayılan iddialara cavab verib:

“Mən hələ də PSJ-dəyəm və burda xoşbəxtəm. Bəli, Zinəddin Zidan yenidən “Real”dadır, amma mən onun işini bir azarkeş kimi izləyəcəm”.

Paris təmsilçisi ilə 2022-ci ilədək müqaviləsi olan 20 yaşlı futbolçu, bu mövsüm iştirak etdiyi 40 matçda 36 qolla yadda qalıb.