Məmmədyarov Hansenlə qarşılaşacaq – bu gün

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu gün norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının dördüncü mərhələsində mübarizəyə başlayacaq.

Komanda.az xəbər verir ki, 37 yaşlı qrossmeyster “Chessable Masters” adlanan turnirin 1-ci turunda qara fiqurlarla kanadalı Erik Hansenlə üz-üzə gələcək.

Turnirin mükafat fondu 210 000 dollardır.

Şəhriyar Məmmədyarov əvvəlki üç mərhələnin nəticəsinə görə hazırda Çempionlar Turunda 55,50 xalla 6-cı pillədə qərarlaşıb.