Məğlubiyyətə layiq deyildik – Mamadu Kane

“Neftçi”nin yarımmüdafiəçisi Mamadu Kane “Slovan”la yoxlama oyununu şərh edib.

Komanda.az xəbər verir ki, klubun saytına danışan qvineyalı futbolçu, çempionatın ikinci hissəsinin startınadək tam hazır olacağıqlarına inandığını deyib:

“Yaxşı rəqiblə qarşılaşdıq. Bununla belə, məğlubiyyətə layiq deyildik. Çox çox yaxşı heyətimiz var. Ümumiyyətlə, komandaya uyğunlaşmaq mənim üçün çətin olmadı. Futbolçularımız mənə dostcasına münasibət göstərirlər. Onlarla oynamaqdan zövq alıram. İnanıram ki, çempionatın ikinci hissəsinin startınadək tam hazır olacağıq”.