“Məğlub olmağa layiq deyildik” – Sulşer

UEFA Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində PSJ-yə 1:3 hesabı ilə məğlub olan “Mançester Yunayted”in baş məşqçisi Ole-Qunnar Sulşer açıqlama verib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, norveçli mütəxəssis, doğma meydanda məğlubiyyətə layiq oyun göstərmədiklərini bildirib:

“Ümumilikdə yaxşı oyun göstərdik, qol imkanları yaratdıq, amma daha aqressiv olmalı, yaratdığımız imkanlardan faydalanmalı idik. Bu oyunla qalib gəlməli olduğumuzu düşünürük. Bu gecə bizim əleyhimizə oldu. Məğlub olmağa layiq deyildik.

Bu oyunlarda komanda olaraq nə qədər inkişaf etdiyimizi gördük”.