“Luverpul”dan Bundesliqa klubuna – RƏSMİ

İngiltərə çempionu “Liverpul” qapıçısı Loris Kariusu yenidən icarəyə göndərib.

Komanda.az xəbər verir ki, 27 yaşlı alman qolkiper ölkəsinə qayıtmağa qərar verib.

Belə ki, o, bundan sonra “Union Berlin”in uğurları üçün çalışacaq. Bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Berlin təmsilçisi qapıçını mövsümün sonuna qədər icarəyə götürüb.

Qeyd edək ki, 2016-cı ildən “Liverpul”da olan Kariusun bu klubla daha iki illik müqaviləsi var. O, 2018-ci ildə “Beşiktaş” tərəfindən icarəyə götürülsə də, bu yay İstanbul təmsilçisindən ayrılmağa qərar vermişdi.