Lukakunun “İnter”ə dönüşünün detalları

“Çelsi”nin hücumçusu Romelu Lukakunun “İnter”ə keçidi demək olar ki, həll olunub.

Komanda.az İtaliya mətbutaına istinadən xəbər verir ki, belçikalı forvardın transferinin detalları da müəyyənləşib. Müqaviləyə görə, Lukakunun icarə əsasında “İnter”ə keçidi italyanlara 8 milyon avroya başa gələcək. “Çelsi” onun performansına görə daha 4 milyon avro bonus əldə edə bilər. Lukaku maaşının 12 milyon avrodan 8 milyona endirilməsinə razılıq verib.

Lukakunun icarəsi bir illik nəzərdə tutulub. Müqavilədə “İnter”in onu birdəfəlik transfer etmək bəndi yoxdur.

Futbolçu gələn həftə Milana yollanaraq, tibbi müayinədən keçəcək, sonra isə müqaviləyə qol çəkəcək.

Lukaku “Çelsi”yə ötən ilin yayında məhz “İnter”dən keçib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button