Lukakudan Eriksenə məsləhət

“İnter”in futbolçusu Romelu Lukaku komanda yoldaşı Kristian Eriksenlə bağlı açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “neradzurra”dakı gələcəyi müzakirə edilən Eriksenlə bağlı danışan Lukaku, ona kömək etmək istədiyini bildirib:

“Eriksen çempion olmaq üçün bütün keyfiyyətlərə sahibdir. Görünür, hələ komandaya uyğunlaşa bilməyib. Mən tez adaptasiya olduğum üçün xoşbəxtəm. Eriksenə bunun üçün kömək etmək istəyirəm. İtalyan dilini öyrənsə, hər şey onun üçün daha asanlaşacaq. Daha yaxşı əlaqə qura biləcək və komandaya daha çox fayda verəcək”.