Lukaku ücün Milan variantı

“Çelsi”nin hücumçusu Romelu Lukaku İngiltərə klubunda keçirdiyi oyun sayından narazıdır.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Lukaku bu yay “Milan”a və ya “İnter”ə keçə bilər. Bununla belə, 28 yaşlı belçikalı hücumçu London klubunda qalmağa da müsbət yanaşır.

Lukakunun “Çelsi” ilə müqaviləsi 2026-cı ilə qədərdir. Onun bazar dəyəri 85 milyon avrodur.

Lukaku bu mövsüm Premyer Liqada 23 oyuna çıxıb, 5 qol vurub və bir məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button