“Lukaku, meydana çıxıb kiməsə kişi olduğunu göstərmək imkanın var”

“Çelsi”nin keçmiş futbolçusu Cimmi Floyd Hasselbaynk komandanın hücumçusu Romelu Lukakunu tənqid edib.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, keçmiş futbolçu, Lukakunun yaxşı oynamadığını bildirib:

“Lukaku, sən ən yaxşı mövsümü keçirmirsən, amma yenə də, meydana çıxıb kiməsə kişi olduğunu göstərmək imkanın var. Get və oynamaq istəyini göstər. Mən bunu səndə görmürəm.

Mən çox istəyirəm ki, Lukaku yaxşı çıxış etsin, komandanın ona ehtiyacı var. Kay Havertsə baxın, o, mübarizə aparır, topu almaq istəyir. Onda hər şey alınmır, amma çalışır. Lukakuda bunu görmürəm. Mən demirəm ki, bu, onun günahıdır. Amma o, komandanın lideridir, başqalarından daha çox şey etməlidir”.

“Çelsi” 31 matçda 62 xal toplayıb və İngiltərə Premyer Liqasının turnir cədvəlində 3-cü yerdədir.