Lukaku “İnter”ə qayıdacaq?

“Çelsi”nin hücumçusu Romelu Lukaku yay transfer pəncərəsində komandanı tərk etməyəcək.

Komanda.az “The Guardian”a istinadən xəbər verir ki, belçikalı futbolçu “Çelsi” ilə kuboklar qazanmaq arzusundadır.

Daha əvvəl Lukakunun “İnter”ə qayıtmaq istədiyi bildirilirdi.

Lukaku “Çelsi”yə 2021-ci ildə “İnter”dən keçib.