Luis Suares La Liqada komanda qoymadı, hamısına…

“Barselona” İspaniya La Liqasının 11-ci turu çərçivəsində “Valyadolid”ə 5:1 hesabı ilə qalib gəlib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, bu qarşılaşma Kataloniya klubunun hücumçusu Luis Suares üçün əlamətdar olub. Belə ki, komandasının 5-ci qolunu vuran futbolçu, bununla da, La Liqada qarşılaşdığı bütün rəqiblərin qapısına yol tapmağı bacarıb. Uruqvaylı futbolçu, İspaniya çempionatında qarşılaşdığı 27 komandadan yalnız “Valyadolid”ə qol vura bilməmişdi.

2014-cü ildə “Liverpul”dan “Barselona”ya transfer olunan Suares, cari mövsümdə Kataloniya klubunun heyətində keçirdiyi 11 oyunda 8 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button