Luis Suares rəsmən “Atletiko”da

“Barselona”dan ayrılan Luis Suaresin La Liqanın digər təmsilçisi “Atletiko”ya keçidi rəsmiləşib.

Komanda.az xəbər verir ki, bu barədə Madrid klubunun rəsmi saytı məlumat yayıb.

Bu gün tibbi müayinədən keçən uruqvaylı futbolçu ilə 2 illik müqavilə imzalanıb. 33 yaşlı forvardın transferi “Atletiko”ya 6 milyon avroya başa gəlib. Təcrübəli futbolçu yeni komandasında “9” nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Suares 2014-cü ildən “Barselona”da çıxış edirdi. O, ötən mövsüm meydana çıxdığı 36 oyunda 21 qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Avropa macərasına 2006/07 mövsümündə Niderlandın “Qroningen” klubunda başlayan Suares, 35 matçda 15 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb. Növbəti mövsümə “Ayaks”da başlayan uruqvaylı futbolçu bu komandada 159 qarşılaşmada 111 qola, 68 məhsuldar ötürməyə imza atıb.

2010/11 mövsümünün əvvəlində Suares “Liverpul”a transfer edilib. O, İngiltərə klubunda keçirdiyi dörd mövsüm ərzində 133 oyuna 82 qol, 47 məhsuldar ötürmə müəllifi olub. Uruqvay yığmasının hücumçusu 2014/15 mövsümünün əvvəlindən “Barselona”da çıxış edirdi. O, Kataloniya təmsilçisində 283 oyun keçirib, 195 qol vurub, 133 asistə imza atıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button