Luis Suares koronavirusa qalib gəldi

Futbol üzrə Uruqvay millisinin və İspaniyanın “Atletiko” klubunun hücumçusu Luis Suares koronavirusdan sağalıb.

Komanda.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xəbərdə təcrübəli forvardın sonuncu COVİD-19 testinin neqativ çıxdığı diqqətə çatdırılıb. O, dekabrın 4-dən etibarən komanda ilə məşqlərə başlayacaq.

Xatırladaq ki, Suares koronavirusa noyabrın 17-də Uruqvay yığmasının düşərgəsində olarkən yoluxmuşdu. Məhz bu üzdən o, UEFA Çempionlar Liqasında “Lokomotiv” (0:0) və “Bavariya” (1:1), eləcə də İspaniya çempionatında “Barselona” (1:0) və “Valensiya” ilə oyunları buraxmalı olub.