İbrahimoviç seçim qarşısında: ya İtaliya, ya da 15 milyon dollar

“Los Anceles Qalaksi” klubu bu ilin sonunda müqaviləsinin müddəti bitəcək Zlatan İbrahimoviçi komandada saxlamaq niyyətindədir.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, MLS təmsilçisi isveçli hücumçuya 15 milyon dollar qazanacağı 2 illik müqavilə təklif edəcək. İbrahimoviçin bu təklifə necə cavab verəcəyi isə sual altındadır.

38 yaşlı hücumçu ilə İtaliyadan “Napoli”, “Milan” və “Bolonya” da yaxından maraqlanır.

Geridə qalan mövsümdə MLS-də 31 oyuna çıxan İbrahimoviç, 31 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button