Heç kimin etmədiyini etdi

“Los Anceles” klubu MLS-in sonuncu – 34-cü turunda “Kolorado Rapids”i məğlub edib – 3:1.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, sözügedən qarşılaşma “Los Anceles”in hücumçusu Karlos Vela üçün əlamətdar olub. Belə ki, komandasının hər üç qoluna imza atan Vela, bu mövsümdə qollarının sayını 34-ə çatdırıb. 29 yaşlı hücumçu, bununla da, MLS tarixində bir mövsümə ən çox qol vuran futbolçu ünvanını qazanıb.

Daha əvvəl MLS-də heç kim bir mövsümdə 31-dən çox qol vura bilməmişdi.

Vela karyerası ərzində “Çivas”, “Arsenal”, “Real Sosyedad” kimi klublarda çıxış edib. Meksikalı hücumçu 2018-ci ilin yanvarından “Los Anceles”də forma geyinir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button