Məsut Özilə bıçaqlı hücum

İngiltərənin “Arsenal” klubunun türkiyəli futbolçusu Məsut Özil Londonda bıçaqlı hücuma məruz qalıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə zamanı Özil komanda yoldaşı Sead Kolaşinaçla birgə olub.

Motosiklet sürücüsünün geyimindən və baş örtüyündən istifadə edən soyğunçu futbolçulara bıçaqla hücum edib. Hadisə Londonda türklərin çalışdırdığı bir restoranın yaxınlığında qeydə alınıb. Bu zaman həm Kolaşinaçın, həm də restoranda çalışanların və digər hadisə şahidlərinin səyi nəticəsində soyğunçu istəyinə çata bilməyib. O, həm futbolçulardan, həm də Məsutun avtomobilindən heç bir qənimət götürə bilmədən hadisə yerindən uzaqlaşıb.

Hadisə yerinə dərhal polis çağırılıb. London polisi insidentlə bağlı araşdırma aparır. Hücumun soyğunçuluq məqsədiylə edildiyi ehtimal olunur.