“Arsenal”da ciddi itki

İngiltərənin “Arsenal” klubu ciddi itkiylə üzləşib.

Komanda.az xəbər verir ki, London təmsilçisinin futbolçusu Lukas Torreyra sıradan çıxıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İngiltərə Federasiya kubokunun 1/8 finalının “Portsmut”la matçında (2:0) zədələnən 24 yaşlı yarımmüdafiəçi 16-cı dəqiqədə meydanı tərk edib.

Uruqvaylı futbolçunun son durumu tibbi müayinədən sonra bilinəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button