London derbisində məhsuldar heç-heçə

İngiltərə Premyer Liqasında 4-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma keçirilib. Açılış oyununda “Mançester Yunayted” səfərdə “Sauthempton”la qarşılaşıb və xal itkisi ilə üzləşib.

“Çelsi” də “Şeffild Yunayted”lə ev oyunundan xal itkisi ilə ayrılıb. “Mançester Siti” isə “Brayton”u qəbul edib və darmadağına sevinib.

Lider “Liverpul” “Bernli”ni sınağa çəkib və ardıcıl dördüncü qələbəsini bayram edib.

Turun mərkəzi görüşü Londonda keçirilib. “Arsenal” doğma azarkeşləri qarşısında “Tottenhem”i qəbul edib. Dörd qolun qeydə alındığı paytaxt derbisində qalib müəyyənləşməyib. “Everton” isə evdə “Vulverhempton”a qalib gəlib.

İngiltərə Premyer Liqası, 4-cü tur

31 avqust

Sauthempton – Mançester Yunayted 1:1
Qol
: Vesterqaard, 58 – Ceyms, 10.

Çelsi – Şeffild Yunayted 2:2
Qol
: Abraham, 19; 43 – Robinson, 46. Zuma, 89-öz qapısına.

Kristal Pelas – Aston Villa 1:0
Qol
: Ayyu, 73.

Lester – Bornmut 3:1
Qol
: Vardi, 12; 73. Tilemans, 41 – Uilson, 15.

Mançester Siti – Brayton 4:0
Qol
: De Bruyne, 2. Aquero, 42; 55. B.Silva, 79.

Nyukasl – Uotford 1:1
Qol
: Şar, 41 – Huqes, 2.

Vest Hem – Norviç 2:0
Qol
: Haller, 24. Yarmolenko, 56.

Bernli – Liverpul 0:3
Qol
: Vud, 33-öz qapısına. Mane, 37. Firmino, 80.

1 sentyabr

Everton – Vulverhempton 3:2
Qol
: Riçarlison, 5; 80. İvobi, 12 – Saiss, 9. R.Ximenes, 75.

Arsenal – Tottenhem 2:2
Qol
: Lakazett, 45+1. Obameyanq, 71 – Eriksen, 10. H.Keyn, 40-pen

Bombardir: Serxio Aquero (Mançester Siti) – 5 qol

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button