Kloppun işi çətindir

UEFA Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda “Atalanta” ilə qarşılaşacaq “Liverpul”un zədəlilərinin vəziyyəti məlum olub.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu barədə baş məşqçi Yurgen Klopp məlumat verib.

Onun sözlərinə görə, zədəli futbolçular Nabi Keyta və Joel Matip dünəndən məşqlərə başlayıb. Onların bu oyunda iştirak etmək şansı azdır. Digər zədəli Tyaqo Alkantara isə hələ də zədəsini sağaltmayıb.

Komandanın digər zədəlisi Vircil van Dayk isə əməliyyatdan sonra bərpa dövründədir.

“Atalanta” – “Liverpul” oyunu sabah keçiriləcək.