“Liverpul”un zədəli futbolçusu Dioqo Jota sağalıb.
Komanda.az xəbər verir ki, bu barədə “The Telegraph” nərşi məlumat yayıb. Xəbərdə, portuqaliyalı hücumçunun sabahdan komanda ilə birgə məşqlərə qoşulacağı bildirilib.
Jota ötən ilin dekabrın 9-dan zədəlidir. 24 yaşlı futbolçu bu mövsüm 17 oyunda 9 qol vurub.