“Liverpul”un yeni hədəfi

“Liverpul” klubu “Uotford”un futbolçusunu heyətinə qata bilər.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “qırmızılar” “Uotford”dan İsmaila Sarrın xidmətində maraqlıdır. 22 yaşlı futbolçunun Mersisayd klubunun transfer siyasətinə uyğun olduğu bildirilir. “Liverpul”un hücumçu üçün danışıqlara hazır olduğu deyilir.

“Uotford”la müqaviləsi 2024-cü ilin yayında başa çatacaq futbolçu, son mövsümdə iştirak etdiyi 30 oyunda 6 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button