Sabiq “Liverpul”lu depressiyaya düşüb – işindən ayrıldı

“Liverpul”un və Uels milli komandasının sabiq futbolçusu Kreyq Bellami “Anderlext” klubunda köməkçi məşqçi vəzifəsindən ayrılıb.

Komanda.az xəbər verir ki, bu barədə Belçika təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

İngiltərənin “Sky Sports” telekanalının xəbərinə görə, 42 yaşlı mütəxəssis depressiyaya düşüb və bu səbəbdən işini tərk edib.

Bellami 2019-cu ildən “Anderlext”də çalışırdı.

Uelsli mütəxəssis futbolçu karyerasında “Liverpul”, “Mançester Siti”, “Seltik” kimi klublarda çıxış edib.