Sabiq “Liverpul”lu baş məşqçi postunda

“Liverpul”un sabiq futbolçusu Robbi Fauler Avstraliyada klub çalışdıracaq.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 44 yaşlı mütəxəssis “Brisbon Roar” klubunda baş məşqçilik edəcək. Fauler növbəti mövsümdən etibarən komandaya rəhbərlik edəcək.

1993-2001-ci illər aralığında “Liverpul”da forma geyinən Fauler, daha sonra “Lids”, “Mançester Siti”, “Kardiff Siti” kimi klubların da şərəfini qoruyub. Keçmiş hücumçu 26 dəfə də İngiltərə millisində çıxış edib.