8 il sonra Fransaya qayıtdı – sabiq “Liverpul”lu

“Liverpul”un sabiq futbolçusu Mamadu Sako karyerasını Fransada davam etdirəcək.

Komanda.az xəbər verir ki, 31 yaşlı müdafiəçi “Monpelye” klubuna keçib. Bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Sako ilə müddəti 2024-cü ilin yayına qədər olan müqavilə imzalanıb.

PSJ-nin yetirməsi olan Sako 2013-cü ildə “Liverpul”a keçib və 2017-ci ilə qədər Mersisayd komandasında top qovub. Son klubu “Kristal Pelas” olan müdafiəçi Fransa yığmasında 29 oyun keçirib.