“Liverpul”un keçmiş futbolçusu dünyasını dəyişdi

İngiltərənin “Liverpul” klubunun sabiq futbolçusu Maykl Robinson dünyasını dəyişib.

Komanda.az xəbər verir ki, bu barədə Mersisayd klubunun mətbuat xidməti məlumat yayıb.

2018-ci ildə dəri xərçənginə yoluxan irlandiyalı sabiq futbolçu, 61 yaşında dünyasını dəyişib.

Karyerası ərzində “Mançester Siti”, “Brayton”, “Reyncers” kimi klublarda çıxış edən Robinson, 1983-1984-cü illərdə şərəfini qoruduğu “Liverpul”un heyətində 3 kubok qazanıb.