“Liverpul”un sabiq futbolçusu Hindistan klubunda

“Liverpul”un sabiq baş məşqçisi Robbi Fauler Hindistanda klub çalışdıracaq.

Komanda.az xəbər verir ki, 45 yaşlı mütəxəssis “İst Benqal”a baş məşqçi təyin olunub. Bu barədə Asiya Futbol Konfederasiyasının mətbuat xidməti məlumat yayıb. Faulerlə 2+1 illik müqavilə imzalanıb.

1992-2001-ci illər aralığında “Liverpul”da forma geyinən Fauler, bundan əvvəl Avstraliyanın “Brisbon Roar” klubunu çalışdırırdı.