“Liverpul”un səviyyəsinə yaxın olduğumuzu düşünürəm” – Emeri

İngiltərə Premyer Liqasının 3-cü turu çərçivəsində səfərdə “Liverpul”a 1:3 hesabı ilə məğlub olan “Arsenal”ın baş məşqçisi Unay Emeri matçdan sonra açıqlama verib.

Komanda.az London klubunun rəsmi saytına istinadən xəbər verir ki, ispan mütəxəssis, yaxşı oyun göstərdiklərini deyib:

“Nəticə üçün təəssüflənirik, amma oyunumuzda müsbət məqamlar da vardı. İlk hissədə vacib qol epizodları yaratdıq. Amma “Liverpul”un ikinci qolu oyunun taleyini həll etdi. Lukas Torreyra və Aleksandr Lakazettin oyuna faydası böyük oldu. Hesab 0:2 olarkən komandanın göstərdiyi oyunu da bəyəndim. Məğlub olsaq da, yaxşı oyun göstərdiyimiz vaxtlar oldu. “Liverpul”un səviyyəsinə yaxın olduğumuzu düşünürəm. Bundan sonra daha yaxşı olacağıq”.