Atasının dəfninə gedə bilməyəcək – “Liverpul”un futbolçusu

“Liverpul”un qapıçısı Alisson Bekkerin atası Xose Bekkerin Braziliyada göldə boğularaq vəfat etdiyini xəbər vermişdik.

Komanda.az xəbər verir ki, 28 yaşlı futbolçu atasının dəfnində iştirak edə bilməyəcək. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Alisson koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlərə görə, atasının dəfnində iştirak etmək üçün Braziliyaya gedə bilməyəcək.

“Liverpul” rəhbərliyi üç həftə sonra Alissona ölkəsinə yollanmaq və orada 5 gün qalmaq üçün şərait yaradılacağına söz verib.