“Liverpul”un qələbəsindən sonra…” – Qvardiola

İngiltərə Premyer Liqasının 7-ci turu çərçivəsində səfərdə “Everton”a 3:1 hesabı ilə qalib gələn “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola oyundan sonra açıqlama verib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ispan mütəxəssis, vacib qələbə qazandıqlarını bildirib:

“İlk hissəyə yaxşı başladıq və 25 dəqiqə ərzində inanılmaz oyun göstərdik. Rəqibin yarımmüdafiədə təcrübəli, hücumda əla futbolçuları və yaxşı baş məşqçisi var. Buna görə də, çətin oyun keçirəcəyimizi bilirdik. Oyun ərzində topa sahibolmada üstün olduq. Həm rəqibin, həm də bizim şanslarımız vardı. İkinci hissədə daha yaxşı oyun göstərdik. Bizim üçün hər mövsüm çətin keçir. “Liverpul”un qələbəsindən sonra xal fərqini 5-ə endirmək vacib idi. Yenidən Premyer Liqada çempionluğu qazanmaq istəyirik”.

Cari mövsümdə Premyer Liqada keçirdiyi 7 oyundan sonra 16 xal toplayan “Mançester Siti” turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb və lider “Liverpul”dan 5 xal geridədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button