“Liverpul” futbolçusunu 6 həftəlik itirdi

“Liverpul”un Klublararası dünya çempionatında, “Flamenqo”nu 1:0 hesabıyla məğlub etdiyi final oyununda zədələnən futbolçusu Aleks-Oksleyd Çemberleynin vəziyyətinə aydınlıq gəlib.

Komanda.az xəbər verir ki, ayaq biləyindən zədələnən 26 yaşlı yarımmüdafiəçi ən azı 6 həftə yaşıl meydanlardan uzaq qalacaq. Bu barədə “The Times” nəşri məlumat yayıb.

Cari mövsümdə “Liverpul”un heyətində 21 oyun keçirən Çemberleyn, 5 qolla yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button